Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötüb
# 20 iyun 2020 11:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7889 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 576 952 nəfərə çatıb.

Son sutka ərzində 161 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8002 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 334 952 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR