Rusiyada kosmonavtlara qucaqlaşmaq və əllə görüşmək qadağan edilib

Rusiyada kosmonavtlara qucaqlaşmaq və əllə görüşmək qadağan edilib
# 31 mart 2020 04:46 (UTC +04:00)

Aprelin 9-da Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş edəcək kosmonavtlara koronavirus pandemiyası ilə əlaqədar əllə görüşmək, eləcə də qucaqlaşmaq qadağan edilib.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kosmonavt Hazırlığı Mərkəzinin həkim-epidemioloqu Sergey Savin müsahibəsində bildirib.

O, rus kosmonavt Anatoli İvanişin və amerikalı Kristofer Kassidinin BKS-yə uçuş ərəfəsində bütün gigiyena-təmizlik prosedurlarına ciddi əməl etdiklərini deyib: “Əllərini tez-tez yuyurlar, başqalarının şəxsi əşyalarından istifadə etmirlər. Eyni zamanda ümumi təyinatlı əşyalar hər istifadədən sonra dezinfeksiya olunur”.

Epidemioloqun sözlərinə görə, hətta kosmonavtların yemək yediyi yeməkxananın personalından da gigiyena qaydalara ciddi əməl etmələri tələb olunur: “Baykonurdakı oteldə otaqlar hər gün təmizlənir, havalandırma işləri aparılır, mütəmadi monitorinq gücləndirilib”.

Xatırladaq ki, son məlumatlara görə, Rusiyada 1,8 mindən çox yeni virusa yoluxma qeydə alınıb, 66 nəfər sağalıb, 17 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR