Rusiyada oyun meydançasında beton plitənin aşması nəticəsində uşaq dünyasını dəyişib

#
# 08:22
6 avqust 2020

Rusiyanın Həştərxan vilayətində 11 yaşlı oğlan uşağı oyun meydançasında oynayarkən beton plitə onun üstünə aşıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə Leninski rayonundakı idarəsi məlumat yayıb.

Hadisə avqustun 5-i axşam saatlarında Yabloçkova küçəsində yerləşən binalardan birinin həyətindəki oyun meydançasında baş verib. Uşaq beton plitəyə bərkidilmiş nərdivanla qalxarkən istinad divarı onun üzərinə aşıb.

Azyaşlı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırma başladılıb. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR