Rusiyada polislərə qarşı hücum həyata keçirən iki cinayətkar zərərsizləşdirilib

Rusiyada polislərə qarşı hücum həyata keçirən iki cinayətkar zərərsizləşdirilib
# 18 avqust 2020 23:03 (UTC +04:00)

İnquşetiyada Respublikasında (Rusiya Federasiyası) hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarda iştirak edən iki quldur zərərsizləşdirilib.

APA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl bölgənin hüquq-mühafizə orqanlarındakı mənbədən RİA Novostiyə respublikanın Sunja rayonunun Qalaşki kəndi yaxınlığında meşədəlik ərazidə xüsusi əməliyyat zamanı iki silahlının zərərsizləşdirilməsi barədə məlumat verilmişdi.

Bildirilir edilir ki, hadisə yerində avtomat silah, tapança, döyüş sursatı, habelə istifadəyə hazır partlayıcı qurğular aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR