Rusiyada son sutkada 19 404 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 19 404 nəfər koronavirusa yoluxub
# 05 noyabr 2020 11:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 19 404 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 712 858 nəfərə çatıb.

Son sutka ərzində 292 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 29 509 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR