Rusiyada son sutkada 20396 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 20396 nəfər koronavirusa yoluxub
# 07 noyabr 2020 12:02 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 20 396 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 753 836 nəfərə çatıb.

Son sutka ərzində 364 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 251 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR