Rusiyada son sutkada 7975 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 7975 nəfər koronavirusa yoluxub
# 05 may 2021 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7975 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 847 489 nəfərə çatıb.

Son sutka ərzində 360 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 111 895 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR