Rusiyada son sutkada 9270 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 9270 nəfər COVID-19-a yoluxub
# 01 may 2021 12:09 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9270 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 814 558 nəfərə çatıb.

Son sutka ərzində 392 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 110 520 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR