Rusiyada son sutkada COVID-19-dan 399 nəfər ölüb

#
# 12:24
21 aprel 2021

Rusiyada son sutka ərzində daha 8271 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 727 125 nəfərə çatıb.

Son sutka ərzində 399 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 106 706 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR