Rusiyada tədris ili sentyabrın 1-də başlayacaq

#
# 12:26
29 avqust 2020

Rusiyada məktəblilər və tələbələr üçün yeni tədris ili sentyabrın 1-də başlayacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya-1” telekanalına verdiyi müsahibədə deyib.

"Əlbəttə ki, qərar regional və hökumət səviyyəsində qəbul edilib", - deyə Putin qeyd edib.

 

O həmçinin bildirib ki, sanitar həkimlərin tələblərinə riayət etmək lazımdır. Məktəblərdə qoruyucu maskalardan bəhs edən Putin bəzən çətin olduğunu qeyd edib: "Müəllimlər üçün asan deyil. Bütün bunları anlamalıyıq".

Rusiya Prezidenti koronavirus səbəbindən təhsil prosesinin təşkilinə çevik və yaradıcı bir şəkildə, hazırlığın keyfiyyətinə zərər vermədən yanaşmaq lazım olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR