Rusiyada təyyarə qəzasında dörd nəfər həlak olub

Rusiyada təyyarə qəzasında dörd nəfər həlak olub
# 18 aprel 2020 11:59 (UTC +04:00)

Rusiyanın Xabarovsk vilayətində L-4 tipli şəxsi təyyarə qəzaya uğrayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində pilot və üç sərnişin həlak olub.

Həlak olanların dördünün də meyiti tapılıb. Ölənlərin arasında yerli biznesmen İlya Karabutun da olduğu söylənilir.

Qəzanın pilotun səhvi və ya texniki nasazlıq üzündən baş verə biləcəyi düşünülür.

Hadisə ilə bağlı cinayət işi açılıb, mütəxəssislər tərəfindən qəza yerinə baxış keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR