Rusiyada yeniyetmələr ağır qəza törədib, beş nəfər ölüb - YENİLƏNİB

Rusiyada yeniyetmələr ağır qəza törədib, beş nəfər ölüb - YENİLƏNİB
# 18 aprel 2021 12:57 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.

APA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, avtomobilin içərisində olan 6 nəfər 13-15 yaşlar arasında olan yeniyetmədirlər.

Qəzadan yalnız bir nəfər xilas olub ki, o da reanimasiya şöbəsindədir. Sürücü və digər 4 sərnişin hadisə yerində həmən dünyasını dəyişib.

Saat 09:42

Rusiyanın Rostov vilayətində ağır yol qəzası baş verib, nəticədə beş nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən bildirdiyinə görə, təcili yardım xidməti ölüm xəbərini təsdiqləyib.

Məlumata görə, hadisə Rostovun Novoçerkassk adlanan bölgəsində minik avtomobilinin iştirakı ilə baş verib. Hadisə zamanı altı nəfər yaralanıb, onlardan beşi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR