Rusiyada yol qəzasında 5 nəfər ölüb

Rusiyada yol qəzasında 5 nəfər ölüb
# 25 noyabr 2019 12:07 (UTC +04:00)

Rusiyanın Amur vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Amur vilayətindəki Beloqorsk-Blaqoveşensk avtomobil yolunun 32-ci kilometrliyində "Toyota Prado" və "Toyota Carina" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisədə həyatını itirən 5 nəfər Beloqorsk, xəsarət alanlar isə Blaqoveşensk sakinləridir.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR