Rusiyada yük maşını qarşıdan gələn sərnişin dolu avtobusa çırpılıb

Rusiyada yük maşını qarşıdan gələn sərnişin dolu avtobusa çırpılıb
# 17 iyun 2020 06:20 (UTC +04:00)

Rusiyanın Soçi şəhərinin Xostinski rayonunda “MAN” markalı yük maşını sürət həddini aşaraq qarşıdan gələn sərnişin dolu avtobusa çırpılıb.

APA “sochi24.tv”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (Krosnodar) Regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Novorossiysk şossesində baş verən hadisəyə yük maşınının sürət həddini aşması səbəb olub.

İlkin məlumata görə, qəza nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinlər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların sayı dəqiqləşdirilməyib. Ölənlərin olub-olmaması ilə bağlı da məlumat verilməyib.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR