Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub

Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
# 11 dekabr 2019 11:25 (UTC +04:00)

Rusiyada zəncirvarı yol qəzası baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yol qəzası Vladivostok şəhərində, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində baş verib.

Yol qəzası zamanı 48 avtomobil toqquşub.

Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR