Rusiyanın Rumıniyadakı səfirliyinin hərbi attaşesinin müavini “persona non qrata” elan edilib

Rusiyanın Rumıniyadakı səfirliyinin hərbi attaşesinin müavini “persona non qrata” elan edilib
# 26 aprel 2021 14:15 (UTC +04:00)

Rumıniya Rusiya səfirliyinin hərbi attaşesinin müavini Aleksey Qrişayevi “persona non qrata” elan edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edək ki, bundan öncə ABŞ, Çexiya və Polşa Rusiya diplomatlarını “arzuolunmaz şəxs” elan edərək onları ölkədən çıxarıblar. Rusiya da öz növbəsində cavab tədbiri olaraq 10 ABŞ, 20 Çexiya və 5 Polşa diplomatını ölkədən qovub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR