Rusiyanın Stavropol diyarının qubernatoru yol qəzasına düşüb

Rusiyanın Stavropol diyarının qubernatoru yol qəzasına düşüb
# 23 yanvar 2020 02:18 (UTC +04:00)

Rusiyanın Stavropol diyarının qubernatoru Vladimir Vladimirov avtomobilində yol qəzası keçirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qubernator xəsarət almasa da sürücüsünün əli çıxıb.

"Qəzaya düşdük. Şükür Allaha hamı sağdır. Heç kim ağır yaralanmadı. Sürücümün əli çıxıb. Yol polisi əməkdaşları artıq hadisə yerindədir. Sükan arxasında ehtiyatlı olun”, deyə Vladimirov İnstaqram səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR