Rusiyanın peyki orbitdən çıxaraq atmosferdə yanıb

Rusiyanın peyki orbitdən çıxaraq atmosferdə yanıb
# 24 noyabr 2019 04:39 (UTC +04:00)

Rusiyanın "Kosmos-2422" kosmik aparatı orbitdən çıxaraq Sakit okeanı hövzəsi üzərində atmosferin sıx qatlarını keçən zaman alışaraq hissələrə bölünüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Bu kosmik aparat qitələrarası ballistik raketlərin atışlarını izləyə və bu məlumatları Yerə ötürə bilirdi.

Qeyd edək ki, sözügedən peyk fəzaya 2006-cı ildə “Plesetsk” kosmodromundan buraxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR