Sabah AB xarici işlər nazirləri Navalnı barədə müzakirələr edəcək

Sabah AB xarici işlər nazirləri Navalnı barədə müzakirələr edəcək
# 18 aprel 2021 18:42 (UTC +04:00)

Sabah Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Aleksey Navalnı ətrafında vəziyyəti müzakirə edəcəklər.

APA bildirir ki, bu barədə “Frans Press”' agentliyi Almaniyanın xarici işlər naziri Heiko Maasa istinadən məlumat yayıb.

Nazir deyib ki, Brüsseldə keçiriləcək iclasda AB xarici işlər nazirləri Navalnı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kremlin əmindir ki, Rusiyaya qarşı sanksiya siyasəti məqsədinə çatmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR