Şavarş Koçaryan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib

Şavarş Koçaryan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib
# 17 noyabr 2020 15:49 (UTC +04:00)

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan işdən çıxarılıb.

APA-nın məlumatına görə, 12 ildir nazir müavini postunda Qarabağ problemi ilə məşğul olan Ş. Koçaryanın işdən çıxarılması barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.

Məlumatda 72 yaşlı Ş. Koçaryanın bir neçə gün əvvəl istefa ərizəsi yazdığı bildirilir.

Qeyd edək ki, dünən xarici işlər naziri Zöhrab Mnatsakanyan da vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR