Sergey Lavrov: "Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır"

Sergey Lavrov: "Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır"
# 02 sentyabr 2020 14:51 (UTC +04:00)

“Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Mekeylə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

"Belarusda vəziyyətin qeyri-stabilləşməsi ilə bağlı fəaliyyətin Ukraynanın ərazisindən aparıldığına dair Rusiyanın əlində təsdiqlənmiş məlumatlar var. Belarusda vəziyyəti qeyri-stabilləşdirmək üçün Ukraynada hazırlaşdırılmış təxminən 200 ekstremistin hazırda orada olması haqqında məlumatlar mövcuddur. Xüsusi xidmət orqanları onlarla məşğul olmalıdır", - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR