Səfirlik Rusiya TV-lərinin Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaratması haqda deyilənlərə münasibət bildirib

Səfirlik Rusiya TV-lərinin Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaratması haqda deyilənlərə münasibət bildirib
# 31 yanvar 2020 15:15 (UTC +04:00)

Rusiyanın Ermənistandakı səfirliyi Ermənistanın Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyanın fikirlərinə münasibət bildirilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün Rusiyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib ki, Ermənistan rəhbərliyinin ölkələr arasında strateji əməkdaşlıq barədə bəyanatları fonunda Ermənistanın Milli Televiziya və Radio Komissiyasının sədrinin dedikləri anlaşılmazlıq yaradır.

Qeyd edək ki, T. Akopyan bir sıra xarici telekanalların, o cümlədən Rusiya telekanallarının ölkənin milli təhlükəsizliyinə təhlükə yaratması haqda açıqlama verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR