Sidneydə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları pislənilib

#
# 15:55
24 iyul 2020

Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi ilə bağlı iyulun 24-də Avstraliyanın Sidney şəhərindəki türk məscidinin önündə etiraz aksiyası keçirilib.

Diasporlar İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan-Avstraliya Turk Dərnəyinin sədri İmaməddin Qasımovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı məscidin önündə Azərbaycan və Avstraliya bayraqları dalğalandırılıb, Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkilləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasına dair məlumatların əks olunduğu bannerlər və plakatlar nümayiş etdirilib.

İki saatadək davam edən tədbir zamanı cümə namazına gələn yüzlərlə şəxsə Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları ilə bağlı ətraflı məlumatlar verilib. Onlar müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətini şiddətlə qınadıqlarını bildiriblər.

Türkiyənin Sidneydəki Baş konsulunun müavini Bilal Aksoyun iştirak etdiyi cümə namazında şəhidlərimizin ruhuna dualar oxunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR