Slutski: "Azərbaycandakı seçkilərlə bağlı ATƏT DTİHB-nin tənqidləri qeyri-obyektiv xarakter daşıyır"

Slutski: "Azərbaycandakı seçkilərlə bağlı ATƏT DTİHB-nin tənqidləri qeyri-obyektiv xarakter daşıyır"
# 10 fevral 2020 18:56 (UTC +04:00)

“Ötən bazar Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri tamamilə açıq, rəqabət şəraitində və demokratik standartlara uyğun keçirilib. Azərbaycan xalqını təbrik etmək istərdim. Parlamentlərarası səmərəli əməkdaşlığa ümidvarıq”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, parlament seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tənqidləri qeyri-obyektiv xarakter daşıyır.

L. Slutski qeyd edib ki, avropalı müşahidəçilər qərəzlidirlər və ikili standartlardan çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR