Şəmkirdə “VAZ 2106” markalı avtomobil aşıb, yaralılar var - YENİLƏNİB

Şəmkirdə “VAZ 2106” markalı avtomobil aşıb, yaralılar var - <span class=YENİLƏNİB'>
# 28 noyabr 2019 02:02 (UTC +04:00)

Şəmkir rayonunda yol qəzasında yaralananların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Seyfəli kənd sakinləri - 1980-ci il təvəllüdlü Bayramov Kamil Nürəddin oğlu, 1976-cı il təvəllüdlü İbrahimov Elxan Vilayyət oğlu və Sehman Ələkbərovdur. 

****

00:26

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı Seyfəli kənd sakini, 39 yaşlı Bayramov Kamil və hələlik adı bilinməyən 2  nəfər xəsarət alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəb “VAZ 2106” markalı minik maşınının qabağına “KamAZ” markalı yük avtomobilinin çıxması olub. 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR