Son sutkada Rusiyada 114 nəfər koronavirusdan ölüb

Son sutkada Rusiyada 114 nəfər koronavirusdan ölüb
# 03 sentyabr 2020 11:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4995 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1009995 nəfərə çatıb.

Son sutka ərzində 114 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 528 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR