Şoyqu: “ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir”

Şoyqu: “ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir”
# 27 aprel 2021 12:36 (UTC +04:00)

ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin Düşənbədə keçirilən iclasında bildirib.

“Amerika Birləşmiş Ştatlarının və NATO-nun Avropa regionundakı qoşunlarının döyüş hazırlığını artırmaq və ön xətti gücləndirmək üçün fəaliyyətləri hərbi təhlükənin artmasına kömək edir. Hərbi infrastruktur modernləşdirilir, əməliyyat və döyüş hazırlığının intensivliyi artır və Amerikanın “dörd-otuz” konsepsiyası həyata keçirilir”, - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

O, Ukraynadakı milliyyətçi əhval-ruhiyyənin Donbassda, o cümlədən Rusiya ilə sərhəd rayonlarda silahlı münaqişəyə səbəb olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR