Şoyqu Ukrayna ilə sərhəddə Rusiya ordusunun təlimlərinin başa çatdığını açıqlayıb

#
# 15:54
22 aprel 2021

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Cənub və Qərb Hərbi Dairələrinin yoxlama tədbirlərini bitirməsi barədə qərar qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya S. Şoyqu Krımda keçirilən Cənub Hərbi Dairəsi qoşunlarının və Hava Desant Qüvvələrinin qəfil yoxlanışının yekunlarına həsr olunan müşavirədə bildirib.

“Hesab edirəm ki, qəfil yoxlanışın məqsədinə tam nail olunub. Qoşunlar ölkənin etibarlı müdafiə qabiliyyətinə malik olduğunu nümayiş etdirib. Bununla əlaqədar mənim tərəfimdən Cənub və Qərb Hərbi Dairələrində qəfil yoxlanış tədbirlərinin başa çatdırılması qərarı verilib”, - deyə S. Şoyqu vurğulayıb.

Rusiyalı nazir hərbi dairələrin və hava-desant qüvvələrinin komandanlarına aprelin 23-dən etibarən qoşunları daimi dislokasiya yerlərinə qaytarmağı və detallı analiz aparmaq və qəfil yoxlanışın nəticələrinə yekun vurmaq göstərişi verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR