Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada ölüb

#
# 13:17
23 iyul 2020

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 21-də saat 23 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində şəhər sakini F.Aslanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Adilovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 22-də orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR