Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərinə müraciət edib

Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərinə müraciət edib
# 19 avqust 2020 10:33 (UTC +04:00)

Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərini Belarusda keçirilmiş prezident seçkilərinin nəticəsini tanımamağa çağırıb.

APA-nın xəbərinə görə, prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenkonun əsas rəqibi olan S. Tixanovskaya bu barədə özünün videomüraciətində bildirib.

“Mənim xalqım liderini seçmək üçün öz konstitusional hüququ uğrunda mübarizə aparır. Avqustun 9-da keçirilən seçki şəffaf və ədalətli olmayıb. Nəticələr saxtalaşdırılıb”, - deyə S. Tixanovskaya qeyd edib.

S. Tixanovskaya vurğulayıb ki, Belarusun müxtəlif şəhərlərində öz səsini müdafiə edən xalqın nümayəndələri qəddarcasına döyülüb, həbs olunub, işgəncələrə məruz qalıb: “Yüzlərlə insan yaralanıb, ən azı iki nəfər həlak olub. Bütün bunlar Avropanın mərkəzində baş verir. Mən sizi bu saxta seçkiləri tanımamağa çağırıram. Lukaşenko xalqımız, həm də dünya qarşısında öz legitimliyini itirib. Ölkəmizdə hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək üçün mən Belarusun Milli Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdim. Bu Şura dialoq və sülh yolu ilə hakimiyyət keçidini təmin edəcək. Daha sonra dərhal beynəlxalq nəzarət altında ədalətli və demokratik şəkildə yeni prezident seçkiləri keçiriləcək. Avropanın liderləri, mən sizi Belarusu dəstəkləməyə çağırıram. Bütün ölkələri beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram. Mən hamını Belarusun suverenliyinə və Belarus xalqının seçiminə hörmət etməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR