Tacikistanla sərhəddə atışmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatıb

Tacikistanla sərhəddə atışmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatıb
# 30 aprel 2021 16:27 (UTC +04:00)

Tacikistanla sərhəddə baş vermiş atışmada həyatını itirən Qırğızıstan vətəndaşlarının sayı 31 nəfərə çatıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Qırğızıstan səhiyyə nazirinin müavini keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sərhəddə baş vermiş atışmada xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 154 nəfərdir.

Nazir müavini qeyd edib ki, xəsarət alan 154 nəfərdən 121-i mülki şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR