“Trabzonspor” azarkeşləri Azərbaycana dəstək nümayiş etdiriblər: “Qarabağ bizimdir, bizim qalacaq”

“Trabzonspor” azarkeşləri Azərbaycana dəstək nümayiş etdiriblər: “Qarabağ bizimdir, bizim qalacaq”
# 31 oktyabr 2020 09:53 (UTC +04:00)

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstəyi davam edir.
 
Apasport.az saytının məlumatına görə, “Trabzonspor” klubu növbəti dəfə ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
 
“Bordo-mavilililər”in Super Liqanın VII turunda “Kasımpaşa” ilə ev oyunu zamanı qapı arxasındakı tribunalarda yer alan azarkeşlər böyük Azərbaycan bayrağı açaraq “Qarabağ bizimdir, bizim qalacaq” şüarını səsləndiriblər.
 
Qeyd edək ki, “Trabzonspor” dünənki qarşılaşmada “Kasımpaşa”ya 3:4 hesabı ilə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR