Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub
# 12 aprel 2020 11:58 (UTC +04:00)

Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda Rixter şkalası üzrə 4,3 maqnitudalı zəlzələ olub

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09.38 radələrində baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Təkanlar Batman, Siirt və Tunceli şəhərlərində də hiss edilib.

Karlıovada bəzi evlərin divarlarında çat yaranıb. Tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR