Ukraynada koronavirusa yoluxanların sayı 64 min nəfərə yaxınlaşır

Ukraynada koronavirusa yoluxanların sayı 64 min nəfərə yaxınlaşır
# 25 iyul 2020 11:03 (UTC +04:00)

Ukraynada son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 1 106 yoluxma halı qeydə alınıb, 611 nəfər sağalıb, 19 nəfər vəfat edib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatında deyilir.

Bununla da, Ukraynada koronavirusa yoluxanların sayı 63 929 nəfərə çatıb. Virusdan sağalanların ümumi sayı 35 497 nəfər, ölənlərin sayı isə 1 590 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR