Ukraynanın Xarici İşlər naziri Sergey Lavrovun dediklərini xəstə fantaziyanın məhsulu adlandırıb

Ukraynanın Xarici İşlər naziri Sergey Lavrovun dediklərini xəstə fantaziyanın məhsulu adlandırıb
# 02 sentyabr 2020 17:23 (UTC +04:00)

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovun ittihamlarına cavab verib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, D. Kuleba Ukraynada yaxşı təlim görmüş 200 ekstremistin hazırda Belarusda olması və Belarusda vəziyyətin Ukrayna ərazisindən qarışdırılması barədə S. Lavrovun dediklərini onun xəbər mənbələrinin xəstə fantaziyasının məhsulu adlandırıb.

“Ukrayna Belarusa qarşı heç vaxt dağıdıcı fəaliyyət aparmayıb, bundan sonra da aparmayacaq”, - deyə Ukrayna XİN başçısı qeyd edib.

D. Kuleba əlavə edib ki, Rusiya özü qonşu ölkəyə “mütəxəssislərini” göndərdiyini etiraf edib.

“Rusiyanın özünün Belarusdakı “yaşıl insancıqlarını” ukraynalı ekstremistlər kimi təqdim etməsi ucuz və uğursuz fənddir. Və ən əsası. Atalar sözündə deyilir: “Oğru qışqırır: Oğrunu tutun”, - deyə D. Kuleba vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR