Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
# 17 aprel 2021 15:27 (UTC +04:00)

Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynaın Rusiyadakı səfirliyi məlumat verib.

Bildirilib ki, müvəqqəti işlər vəkili Sankt-Peterburqda saxlanılan ukraynalı konsulla bağlı çağırılıb.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb. Ukrayna XİN diplomatın artıq buraxıldığını və geri çağrılacağını bildirib. XİN sözçüsü bunu Rusiyanın təxribatı adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR