Vahid Ələkbərov Rusiya milyarderlərinin siyahısında ikinci olub - FORBES

Vahid Ələkbərov Rusiya milyarderlərinin siyahısında ikinci olub - FORBES
# 06 fevral 2020 16:56 (UTC +04:00)

"Forbes" jurnalı Rusiya milyarderlərinin yeni siyahısını tərtib edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, siyahıya "Nornikel" şirkətinin əsas rəhbərlərindən biri Vladimir Potanin başçılıq edir. Onun sərvətinin 25,1 mlrd. ABŞ dolları olduğu qeyd olunub.

Siyahıda ikinci yerində əslən azərbaycanlı olan Vahid Ələkbərov qərarlaşıb. "Lukoil" neft şirkətinin prezidenti olan həmyerlimizin sərvəti 25 mlrd. dollar dəyərində qiymətləndirilir.

Siyahının ilk üçlüyünü "Novatek" şirkətinin rəhbərlərindən biri Leonid Mixelson tamamlayıb. Onun sərvəti 24,9 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, Vahid Ələkbərov ilk dəfə Rusiya milyarderlərinin siyahısının ilk üçlüyünə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR