Ukrayna Prezidenti Vladimir Zelenski şənbə günü 25 nəfərin ölümünə səbəb olan "An-26" tipli hərbi təyyarənin qəzaya uğradığı Xarkov vilayətinə gedəcək.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə o özünün “Telegram” kanalında yazıb.
“Təcili olaraq faciənin bütün təfərrüatlarını və səbəblərini araşdırmaq üçün bir komissiya yaradırıq. Baş nazirə müvafiq tapşırıqlar verdim. Axtarış qrupu artıq yerində işləyir. Sabah Xarkov vilayətində olacam”, - deyə prezident yazıb.