Xarici işlər nazirinin müşaviri: “Ermənistan Türkiyə ilə heç bir danışıq aparmır”

#
# 14:14
19 aprel 2021

“Ermənistan Türkiyə hakimiyyəti ilə diplomatik əlaqələrin qurulması və dövlət sərhədlərinin açılması ilə bağlı danışıqlar aparmır”.

APA-nın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan mətbuat konfransında bildirib.

"Vurğulamalıyam ki, Ermənistanla Türkiyə arasında bu məsələ ilə bağlı heç bir danışıqlar planlaşdırılmır”, - deyə o qeyd edib.

M. Ayvazyan Osmanlı imperiyasında ermənilərin qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasət prioriteti olaraq qalmağa davam etdiyini əlavə edib: “Bizim siyasətimizdə heç nə dəyişməyib”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR