Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib

Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib
# 21 oktyabr 2020 03:20 (UTC +04:00)

"Qara dəniz hövzəsinin təhlükəsizliyini qorumaq üçün dənizdə iki hərbi bazanın inşasına başlayırıq".

APA TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Prezident, həmçinin, əlavə edib ki, “Getman Sagaydachni” kimi hərbi gəmilərin yenilənməsi davam etdirilir: “Bununla yanaşı, “Kentavr” sürətli enmə qayıqları hazırlanır və yeni gəmi əleyhinə “Neptun” raketi istifadəyə verilib”.

Zelenski Türkiyə, İngiltərə və ABŞ-la hərbi əməkdaşlığı genişləndirmək planlarını da açıqlayıb: “Ukrayna Ankara ilə birlikdə hərbi texnikaların yenilənməsini, xüsusilə pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyi planlaşdırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR