ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub
# 25 noyabr 2021 21:54 (UTC +04:00)

ABŞ-ın Avropa-Afrika Hərbi Dəniz Qüvvələrinin 6-cı Dəniz Donanmasına məxsus hərbi gəmi Qara dənizə daxil olub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, məlumatı 6-cı Dəniz Donanması yayıb.

Bildirilib ki, müntəzəm patrul çərçivəsində Qara dənizə daxil olmuş idarəolunan raketlər daşıyan “USSArleighBurke” (DDG51) hərbi gəmisi vacib beynəlxalq dəniz yollarında təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədi ilə regiondakı NATO müttəfiqləri və tərəfdaşları ilə birgə fəaliyyət göstərəcək, qarşılıqlı əməliyyat qabiliyyəti və effektivliyin yüksəldilməsi məqsədi ilə tərəfdaş potensialı yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR