ABŞ-da İsrail və Fələstin tərəfdarları arasında toqquşma olub

ABŞ-da İsrail və Fələstin tərəfdarları arasında toqquşma olub
# 12 may 2021 06:07 (UTC +04:00)

Bu həftə Yaxın Şərqdə baş verən şiddətli hücumlardan sonra ABŞ-ın Nyu York şəhərində İsrail və Fələstin tərəfdarları arasında toqquşma baş verib.

APA yerli “Foxnews” telekanalına istinadən xəbər verir ki, Nyu York polisi bir-birinə fiziki güc tətbiq edən qrupları ayırmağa çalışıb.

Qeyd edilib ki, Fələstini dəstəkləyən daha böyük etirazçı qrup küçələrə çıxaraq yürüş keçirib. Təhlükəsizlik tədbiri olaraq, İsrailin şəhərdəki Konsulluğunun işçiləri evlərinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR