Avropa Məhkəməsi Gürcüstanla bağlı 2 qərarını açıqlayacaq

Avropa Məhkəməsi Gürcüstanla bağlı 2 qərarını açıqlayacaq
# 13 noyabr 2021 23:26 (UTC +04:00)

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 16-da Gürcüstanla bağlı 2 qərarını elan edəcək.

APA-nın xəbərinə görə, “Levan Kikabidzenin Gürcüstana qarşı” iddiasında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə hüququ) pozulduğu iddia edilir. 22 il azadlıqdan məhrum edilmiş Kikabidze ərizəsində göstərir ki, ona kasasiya şikayəti vermək üçün şərait yaradılmayıb.

Teymuraz Mikeladze, Otar Mikeladze, Malkaz Beridzü və Qoşa Beridzenin Gürcüstana qarşı iddiasında isə konvensiyanın 3-cü (işkəncə və alçaldıcı rəftarın qadağan edilməsi) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin tələblərinin pozulduğu iddia edilir. İddiaçılar saxlanan zaman zorakılığa məruz qaldıqlarını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR