"AvtoVAZ" istehsalı tam dayandırıb

"AvtoVAZ" istehsalı tam dayandırıb
# 12 noyabr 2021 14:16 (UTC +04:00)

Rusiyanın “AvtoVAZ” şirkəti istehsalı tamamilə dayandırıb.

APA-nın Moskva müxbirininin “Avtostat”a istinadən verdiyi məlumata görə, avtokonsernin istehsalı tam dayandırmasına səbəb elektron ehtiyat hissələrinin olmamasıdır.

““AvtoVAZ Tolyatti” zavodunda bütün üç yığım xəttində avtomobil istehsalını dayandırıb”,- deyə “Avtostat” analitik agentliyinin məlumatında bildirilib.

"Avtostat" bildirir ki, bu həftə LADA Granta-nın yığılması yalnız noyabrın 9-da aparılıb, LADA Largus və XRAY, Renault Logan və Sandero noyabrın 8-dən noyabrın 11-dək yığılıb, LADA Niva üçün isə bütün həftə qeyri-aktiv olacaq. Eyni zamanda, LADA Vesta modellərinin yığıldığı “LADA İjevsk” zavodunda da işlər adi qaydada davam edir. Agentliyin qeyd etdiyi kimi, “AvtoVAZ”da fasilələr “Robert Bosch Samara” şirkətindən elektronikanın tədarükündəki fasilələr səbəbindən iyun ayında başlayıb. Şirkət elektron ehtiyat hissələri ilə bağlı problemləri həll etdikdən sonra şənbə günləri işləmək və doqquz saatlıq iş növbəsi təşkil etməklə istehsal itkilərini bərpa etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR