Axmetov Zelenskinin çevrilişə hazırlıq planında onun iştirakı ilə bağlı dediklərini təkzib edib

Rinat Axmetov

© APA | Rinat Axmetov

# 26 noyabr 2021 20:54 (UTC +04:00)

Ukraynalı iş adamı Rinat Axmetov Ukrayna Prezidenti Vladimir Zelenskinin dövlət çevrilişinə hazırlıq palanında onun əlinin olması ilə bağlı açıqlamalarını yalan adlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Zelenski dekabrın 1-də Ukraynada iş adamı Rinat Axmetovun iştirakı ilə dövlət çevrilişinin gözlənildiyi barədə məlumat alıb.

Prezident Axmetovun dövlət çevrilişinə hazırlaşdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR