Əbdülhəmid Gül: "Türkiyə dost və qardaş Azərbaycanın yanındadır"

Əbdülhəmid Gül: "Türkiyə dost və qardaş Azərbaycanın yanındadır"
# 27 sentyabr 2020 13:48 (UTC +04:00)

“Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququ pozan intensiv hücumlarını qətiyyətlə qınayıram. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm”.

APA-nın məlumatına görə, bu ifadələri Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında qeyd edib.

Nazir paylaşımında bildirib ki, Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR