BMT-nin Baş katibi təcrid edilib

BMT-nin Baş katibi Antonio Quterreş

© APA | BMT-nin Baş katibi Antonio Quterreş

# 08 dekabr 2021 08:35 (UTC +04:00)

Koronavirusa yoluxmuş şəxslə təmasda olan BMT-nin Baş katibi Antonio Quterreş təcrid edilib.

APA-nın xəbərinə görə, 72 yaşlı diplomat ötən gün Covid-19-a yoluxmuş BMT əməkdaşı ilə təmasda olduğu üçün bir neçə günlük təcrid olunub. Onun bütün brbaşa təmasları ləğv edilib.

Baş katibin sözçüsü Stefan Düjarrik məsələni ətraflı şərh etməyib. Yalnız onu bildirib ki, Quterreş üçüncü doza vaksini ötən həftə qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR