Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri məlum olub

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri məlum olub
# 22 noyabr 2021 06:34 (UTC +04:00)

Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda göstərilir ki, bülletenlərin 70%-dən çoxu sayılıb.

Əldə edilən nəticəyə əsasən səsvermənin ikinci turunda hazırkı prezident Rumen Radev seçicilərin 66.6%-nin səsini toplayıb. Onun rəqibi Anastas Qercikov seçicilərin 32%-nin etimadını əldə edib. Səs verənlərin 1.47%-i hər 2 namizədə etimadsızlıq göstərib. Bülletenlərin sayılması davam edir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR