Əfqanıstanda baş verənlərin MDB-yə təsir imkanları müzakirə olunub

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 17 noyabr 2021 11:32 (UTC +04:00)

Əfqanıstanın yeni hakimiyyəti vəziyyəti normallaşdıra bilməsə və beynəlxalq ictimaiyyət əfqan xalqına dəstək verə bilməsə, orada hadisələr fəlakətli ssenari üzrə inkişaf edə bilər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MDB Təhlükəsizlik Şurasının illik iclasında çıxışı zamanı bildirib.

“Əgər Kabildə yeni hakimiyyət vəziyyəti normallaşdıra bilməsə və beynəlxalq birlik əfqan xalqına dəstək verməsə, o zaman hadisələr vətəndaş müharibəsinin yeni mərhələsi, əhalinin ümumi yoxsullaşması, aclıq da daxil olmaqla, fəlakətli ssenari üzrə inkişaf edə bilər”, - N. Patruşev vurğulayıb.

Rusiya TŞ katibi bunun region, MDB ölkələri və bütövlükdə bütün dünya üçün hansı nəticələrə gətirib çıxara biləcəyini proqnozlaşdırmağın çətin olduğunu qeyd edib, lakin o, bunun nəticələrinin son dərəcə mənfi olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR