Əfsanəvi sovet diktoru İqor Kirillov vəfat edib

İqor Kirillov

© APA | İqor Kirillov

# 30 oktyabr 2021 13:41 (UTC +04:00)

Məşhur sovet və Rusiya diktoru İqor Kirillov bu gün 89 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Birinci kanal” məlumat yayıb.

Qeyd edək ki, İqor Kirillov 14 sentyabr 1932-ci ildə anadan olub, 1957-ci ildən televiziyada çalışıb. O, 20 ildən çox “Vremya” (Zaman) proqramının diktoru olub, bir çox verilişləri, o cümlədən Qızıl meydandan paradın translasiyasını aparıb.

İqor Kirillov 1988-ci ildə SSRİ-nin Xalq artisti fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR